Avropada Təhsil

Almaniyada təhsil

EXPERT Şirkəti sizlərə heç bir imtahan vermədən Almaniya universitetlərinə qəbul olmağı təklif edir.

Niyə Almaniya təhsil?

Almaniyada təhsil dünyanın bütün ölkələrindəki gənclərin xəyalıdır. Bunun əsas səbəbi isə Almaniya Universitetlərinin akademik güclü olması, dünyada təhsilinə göre ilk 4 cü yerdə olması və təhsilin pulsuz olmasıdır.

Almaniya Bakalavr təhsili

Almaniyada təhsilin ən çox müraciət olunan sahəsi bakalavr təhsilidir. Almaniyada bakalavr təhsili 3 illik nəzərdə tutulmuşdur. Lakin bir neçə universitetdə 4 illikdir. Almaniyada tibb ixtisası isə 6 illikdir. Bakalavr pilləsinə Azərbaycandan birbaşa orta məktəbi bitirməklə 3 illik programa getmək olmur, mütləq şəkildə bir illik bakalavr təhsili almanız lazımdır ki, 12 illik təhsiliniz tamam olsun. Almaniyada təhsil həm ingiliscə həmdə almanca verilməkdədir. Lakin Almaniyada 4 illik programlara birbaşa qəbul olmanız mümkündür, bu zaman sizdən SAT və İELTS sertifikatı tələb olunacaqdır.

Almaniya magisturatura təhsili

Almaniyada magistratura təhsili 1-2 illik programlar əsasında tədris olunur. Almaniyada magistra qəbul üçün ən önəmli nüans bakalavr ortalama balının yəni gpa balının yüksək olması və dil sertifikatının olmasıdır. Almaniyada hecbir dövlət universiteti dil sertifikatı olmadan qəbul həyata keçirmir. Almaniyada magistr təhsili üçün mütləq şərtlərdən biri isə bakalavr ixtisasına uygun ixtisas seçimidir. Əgər ixtisasınızı dəyişmək istəsəniz sadəcə MBA ixtisasını seçə bilərsiniz.

Almaniya universitet xərcləri

Almaniyada təhsil üçün tələbə və valideynləri ən çox maraqlandıran sual təhsil haqqı barəsindədir. Belədir ki dünyada təhsil haqqı pulsuz olan ölkələrdən biri də Almaniyadır. Yəni Almaniyada təhsil alan zaman heçbir təhsil haqqı ödəmirsiz sadəcə universitetlərin adminstrativ xərclərini ödəyirsiniz bu isə bir semesterlik 200-800 euro arası dəyişməkdədir.

Almaniya yataqxana xərcləri

Almaniyada təhsil üçün digər maraqlı nüans isə yataqxana xərcləridir. Almaniyada tələbə yataqxanaları şəhərə görə dəyişməkdədir. Burda seçimə uyğun olaraq her büdcəyə uyğun yataqxana tapmaq imkanı var aylıq yataqxana ödənişləri 120-800 euro arası dəyişməkdədir. 

Almaniya təhsil və yaşam

Almaniyada təhsil alan zaman yaşam xərcləri olduqca önəm daşıyır. Mərkəz şəhərdə nisbətə bahalıqdır. Lakin kənar şəhərlərdə aylıq xərciniz 400 eurodan çox olmayacaq. Amma Berlin, Münih kimi şəhərlərdə aylıq 700-800 euroya qədər xərcləriniz olur. Nəzərə alın ki Almaniyada təhsil aldığınız zaman dünyanın ən saf qıdaları ilə qidalanacaqsınız.

Almaniya qəbul vaxtları

Almaniyada bakalavr və magistr qəbulları ən erkən başlayan ölkələrdən biridir. Əgər Almaniyada təhsil almağa qərar vermisinizsə o zaman noyabr ayından gec olmayaraq müraciət edə bilərsiniz çünki qəbullar aprel ayında demək olarkı yekunlaşır.

Bakalavr təhsili üçün lazimi sənədlərin siyahısı

Almaniyada 3 illik bakalavr təhsili üçün 12 illik transkrtip, attestat, pasport, 8 ədəd şəkil lazımdır. Əgər Almaniyada 4 illik bakalavr təhsilinə müraciət edirsinizsə bu zaman sizdən əlavə olaraq SAT imtahanı tələb olunur.

Magisturatura təhsili üçün lazimi sənədlərin siyahısı

Almaniyada magistr təhsili üçün diplom, transkript, cv, şəkil, pasport, motivasiya və referans məktubları, dil sertifikatı. Almaniyada magistr təhsili üzrə dərslər il ərzində 3 semester başlamaqdadır bu o deməkdir ki siz Almaniyada təhsil üçün ilin istənilən vaxtı müraciət edə bilərsiniz.