Avropada Təhsil

Latviyada təhsil

EXPERT Şirkəti sizlərə heç bir imtahan vermədən Polşa dövlət universitetlərinə qəbul olmağı təklif edir.

Niyə Latviyada təhsil?

Latviyada təhsil Azərbaycanlı tələbələrin ən çox üz tutduğu ölkələrdən biridir. Bunun səbəbi isə birbaşa orta məktəbdən sonra qəbul şansı, təhsil haqqının ucuz olması kimi göstərmək olar. Lakin Latviyada təhsilin əsas fərqi köhnə sovet ölkəsi olması və dil, mədəniyyətin bizə yaxın olmasıdır.

Latviyada Bakalavr təhsili

Latviyada bakalavr təhsili 3-4 illik programlarla tədris olunur sadəcə tibb üzrə programlar 6 illikdir. Latviyada bakalavr təhsilinə qəbul olmaq üçün bir başa orta məktəbi bitirərək müraciət edilə bilər. Latviyada bakalavr təhsili həm ingilis həm rus dilində əyani və distant şəkildə tədris olunmaqdadır.

Latviyada magisturatura təhsili

Latviyada magistratura təhsili 1=2 illik programlar şəklində həyata keçirilir. MBA təhsili 1 illikdir lakin diğər ixtisaslar 2 illik tədris olunur. Latviyada təhsilin diğər üstün cəhəti isə magistraturaya qəbul zamanı ixtisas dəyişiminə imkan yaradılır. Magistraturada demək olarki bütün ixtisaslar ingiliscədir, lakin bəzi rus dilində təhsil programlarını da tapmaq olar.

Latviyada universitet xərcləri

Latviyada təhsil almaq istəyənlərin əsas maraqlandıran sual isə Latviyada təhsil haqqılarıdır. Latviyada bakalavr təhsili illik 1000-3000 euro arası, tibb təhsili 10-15 min euro, magistratura təhsili isə illik 1000-2500 euro civarıdır.

Latviyada yataqxana xərcləri

Latviyada təhsil aldıqları müddətdə tələbələr yataqxana və ya kirayə evlərdə yaşayırlar. Bunların aylıq xərcləri diğər avropa ölkələrinə nisbətən ucuzdur. Yataqxanalar aylıq 80-200 euro, kirayə evlər isə maksimum 250 euro təşkil edir.

Latviyada təhsil və yaşam

Latviyada təhsilin demək olarki ən üstün cəhətlərindən biri yaşam şərtlərinin ucuz olmasıdır. Beləki aylıq yemək və transport xərcləri birlikdə 150 eurodan çox olmayacaqdır. Hətta tələbələr üçün 15 euro transport kartı alaraq bir aylıq limitsiz istifadə edə bilərsiniz.

Qəbul vaxtları

Latviyada təhsil almaq istəyənlər üçün əsas məqamlardan biri qəbul vaxtlarıdır. Həm bakalavr həmdə məgistr təhsili üçün qeydiyyat oktyabr ayından başayır avqustun sonuna qədər davam edir. Latviyada təhsil alacaq şəxslərin digər diqqət etməsi lazım olan məqam isə viza prosedurudur. Bunun üçün müraciətlərinizi ən az tədris ili başlamasına 3 ay qalmış etməlisiniz.

Bakalavr təhsili üçün lazimi sənədlərin siyahısı

Latviyada bakalavr təhsili alacaq şəxslər attestat (əgər məktəbdə oxuyursa arayış), pasport, 8 ədəd şəkil, varsa dil sertifikatı. Latviyada təhsil üçün lazım olan əsas sənədlər isə motivasiya və referans məktublarıdır ki, bunların da hazırlanmasında şirkətimizin dəstəyi olmalıdır. Əgər tələbə latviyada tibb təhsili alacaqsa SAT və ya universitet daxili imtahana girmək lazımdır.

Magisturatura təhsili üçün lazimi sənədlərin siyahısı

Latviyada magistratura təhsili üçün sənədlər bakalavr transkripti, diplom (əgər məzun olmayıbsa arayış), pasport, 8 ədəd şəkil, CV tələb olunur. Latviyada magistr təhsili üçün ixtisas dəyişimi mümkündür.