Avropada Təhsil

Macarıstanda təhsil

EXPERT Şirkəti sizlərə heç bir imtahan vermədən Macarıstan universitetlərinə qəbul olmağı təklif edir.

Niyə Macarıstanda təhsil?

Macarıstanda təhsilin əsas üstün cəhəti təhsil dilinin ingiliscə olması və dünyaca məhşur universitetlərin olmasıdır. Macarıstanda təhsilin digər üstün cəhəti isə 11 illik məktəbi bitirdikdə birbaşa bakalavr səviyyəsinə qəbul olma imkanıdır. Macaristanla Azərbaycan arasında olan yaxınlıq əlaqələrini də bura misal çəkmək olar.

Macarıstanda Bakalavr təhsili

Macarıstanda təhsilin digər avropa ölkələrindən fərqli olaraq 3 və 4 illik bakalavr programı təklif edir. Bakalavr qəbulu üçün bəzi universitetlər SAT imtahanı tələb edir.

Macarıstanda magisturatura təhsili

Macarıstanda magistr təhsili almaq istəyənlər daha çox təhsil haqqının münasibliyi, geniş ixtisas seçimi olması, 1 və ya 2 illik programların olmasıdır.

Macarıstanda universitet xərcləri

Macarıstanda təhsil almaq istəyənlərin ən çox maraqlandıran təhsil haqqıdır. Macarıstanda bakalavr təhsili illik 3 min euro magistr təhsil isə illik 3500 eurodan başlayır.

Macarıstanda yataqxana xərcləri

Macarıstanda təhsil almaq istəyənlərin əsas suallarından biri də yataqxana xərcləridir. Yataqxanalar demək olarki bütün şəhərlərdə var. tək nəfərlik, 2-3 nəfərlik yataqxanalar mövcuddur. Aylıq ödənişi isə 150-350 euro arası dəyişməkdədir.

Macarıstanda təhsil və yaşam

Macarıstanda təhsil alarkən sizlər yemək, transport, rabitə xərclərini ümumi hesablasaq aylıq xərciniz 300 euro civarı olacaqdır. 

Macarıstanda qəbul vaxtları

Macarıstanda təhsil üçün müraciət etməzdən əvvəl gərək nəzərə alasınız ki bakalavr qəbulları ildə bir dəfə noyabr və avqust aylarında olur. Macarıstanda magistr təhsilinə qəbul isə ildə 2 dəfə yanvar və sentyabr semesterlərində qəbul həyata keçirilir.

Bakalavr təhsili üçün lazimi sənədlərin siyahısı

Macarıstanda bakalavr təhsili üçün attestat (əgər məktəbdə oxuyursunuzsa arayış), pasport, şəkil 8 ədəd.

Magisturatura təhsili üçün lazimi sənədlərin siyahısı

Macarıstanda magistraratura təhsili üçün lazımlı olan sənədlərə isə bakalavr diplomu (məzun olmayanlar üçün arayış), transkript, xarici pasport. Həm bakalavr həm magistr təhsili üçün motivasiya və referans məktublarının hazırlanmasında şirkətimiz köməklik edir.