Avropada Təhsil

Polşada təhsil

EXPERT Şirkəti sizlərə heç bir imtahan vermədən polşa dövlət universitetlərinə qəbul olmağı təklif edir.

Niyə Polşada təhsil?

Polşada təhsil almaq istəyənlərin Polşa Universitetlərini seçməsinin əsas səbəbi dünya standartlarına cavab verən təhsil verməsidir. Digər səbəb isə Polşada tədris dilinin ingiliscə olması və məsafə baxımından diğər Avropa ölkələrindən yaxınlığıdır.

Polşada Bakalavr təhsili

Polşada bakalavr təhsilinin əsas üstünlüyü 11 illik təhsil bazasından qəbulun olmasıdır. Tədris programı isə 4 illikdir. Bəzi Polşa Universitetləri isə 3 illik bakalavr dərəcəsi verir. Polşada təhsilin diğər üstün cəhəti isə ingilis dili İELTS və ya TOEFL nəticələri olmadan da qəbul mümkündür. Bu zaman tələbələr ya universitet tərəfindən təşkil olunan imtahanda iştirak edərək birbaşa qəbul olur, bu imtahanı keçə bilməyən tələbələr isə Polşada oxuyacağı universitetdə bir il əlavə foundation dediyimiz dil hazırlıq kursunu keçdikdən sonra Polşada bakalavr təhsilini davam etdirirlər.

Polşada magisturatura təhsili

Polşada təhsilin əsas üstlük təşkil edən pilləsi magistratura təhsilidir. Polşada magistratura digər Avropa ölkələrindən fərqli olaraq 2 ildir. Diğər əsas səbəb isə Polşada magistr təhsilinin ingiliscə olması və dil biliklərinin az tələbidir. Polşada magistraturaya üz tutulmasının ən əsas səbəbi isə tələbələr magiraturani bitirdikdən sonra 1 il iş tapması üçün zaman verilməsidir ki bu da Polşada təhsilə marağı olduqca artırmaqdadır.

Polşada universitet xərcləri

Polşada təhsil almaq istəyənləri əsas maraqlandıran səbəb isə Polşa Universitetlərinin illik təhsil haqqısıdır. Qeyd edək ki, Polşa Avropada ən ucuz təhsil haqqına sahib olan ölkələrdəndir. Belə ki siz Polşada təhsil alarkən illik təhsil haqqınız 1000-3000 euro arası olacaqdır. Polşada təhsil haqqını 2 hissəli ödəmək imkanının olmasıdır.

Polşada yataqxana xərcləri

Polşada təhsil almaq istəyənləri maraqlandıran bir sual isə Polşada yataqxana və ya kirayə evlərin qiymətləridir. Beləki Polşa tək təhsil haqqında deyil eyni zamanda yaşam şərtlərinə görə də diğər Avropa ölkələrindən ucuzdur. Siz Polşada təhsil aldığınız müddətdə aylıq yataqxana xərcləriniz 100-300 euro arası Kiraye evlərdə isə 150-250 euro arası dəyişməkdədir.

Polşada təhsil və yaşam

Polşada təhsil alan tələbələrin təhsili istər ingiliscə istərsədə polyakca mümkündür. Polşada təhsil alarkən yaşam xərcləri isə təxmini aylıq 100-200 euro arası dəyişməkdədir. Bura yemək və nəqliyyat xərclərini aid etmək olar.

Qəbul vaxtları

Polşada təhsil almaq istəyənlərin ən əsas diqqət etməli olduğu məqam universitetlərə qeydiyyat zamanıdır. Nəzərə alın kı Polşa Univsitetlərinə qəbul noyabr-avqust  ayları arasında olur. Amma erkən qeydiyyatdan keçmək vacibdir. Çünki Polşada təhsil almazdan öncə siz vizaya müraciət edəcəksiniz. Viza proseduru isə 1 ay vaxt aparır. 

Bakalavr təhsili üçün lazimi sənədlərin siyahısı

Polşada Bakalavr təhsili üçün Attestat, xarici pasport, şəkil 8 ədəd, əgər varsa dil sertifikatı ilə qəbul proseduru həyata keçilirir. Motivasiya və referans məktublarının yazılmasında şirkətimiz köməklik edir.

Magisturatura təhsili üçün lazimi sənədlərin siyahısı

Polşada magistratura təhsili almaq üçün lazım olan sənədlər isə diplom (əgər tələbə sonuncu kursda təhsil alırsa universitetdən arayış), transkript, xarici pasport, şəkil 8 ədəd lazımdır.